Simurq Mebel-ə XOŞ GƏLMİSİNİZ!
Simurq Mebel qurulduğu gündən bəri yüksək texnologiyanı və insan əməyini birləşdirərək cəmiyyətə və ətraf mühitə həssas, istehsal yanaşmasını davam etdirir. Şirkətimiz mebel sektorunda zəngin məhsul müxtəlifliyi, yeniliklərə liderlik edən dizayn anlayışı, keyfiyyət standartları və satış sonrası xidmətləri ilə Azərbaycanın etibarlı mebel istehsalçıları arasındadır.
Simurq Mebel biliyi və təcrübəsi ilə mebel sektorundakı yeniliklərin və ilklərin istehsalını planlamaqdadır.
Brendimiz, müasir yataq otaqları, yemək otaqları, divan qrupları, televiziya qurğuları və mebel aksesuarları istehsal edərək müştərilərinə “Konsept Mebel” istehsal yanaşması ilə xidmət göstərir.
Müştəri məmnuniyyətini əsas prinsipi olaraq qəbul edən Simurq Mebel, müştərilərinə keyfiyyətli məhsullar təqdim etməklə yanaşı, dünya tendensiyalarını yaxından izləyir və məhsullarına yenilikləri əks etdirir. Simurq Mebel, müştərilərinə ən yaxşı xidməti təqdim edərək uzunmüddətli əlaqələr qurmağa sadiqdir. Simurq Mebelin ən böyük üstünlüyü; Orijinal dizaynını və keyfiyyətli məhsullarını ən sərfəli qiymətə ən qısa müddətdə müştərilərinə çatdırmaqdır.
Bizim biznes tərzimiz dəyərlərə əsaslanır. Dəyərlərimiz isə bir-birimizlə və başqaları ilə qarşılıqlı əlaqəmizin əsasını təşkil edir. Əlaqələrimizdə etibarlılıq prioritetdir. Bunun üçün də bütün məhsullarımız 10 ilədək qarantiyalıdır. Əlavə olaraq, ödənişi məhsul evinizdə quraşdırıldıqdan sonra edə bilərsiniz.
Bizim korporativ vicdanımız güclü mədəniyyət və dəyərlərimizə əsaslanan etika və dürüstlüyə yanaşmamız vasitəsilə canlanır. Bu vicdan və xidmət eşqi ilə “sizə layiq ev həyatı”nı evinizə gətiririk.
Məqsədimiz “sizə layiq ev həyatı” yaratmaqdır. Bu ifadədəki hər bir söz bizə ilham verib yol göstərir. Biz insanların gündəlik həyatını yaxşılaşdıran mebelləri bol çeşid, sürətli çatdırılma və münasib qiymətlərlə təklif edirik. Bununla sizin maraqlarınıza uyğun müsbət dəyişikliklər yarada biləcəyimizə inanırıq.
İnanırıq ki, bu gün nə ediriksə, sabah bir az daha yaxşısını edə bilərik. Hal-hazırda ölkəmizin və Türkiyənin öndə gedən brendləri ilə əməkdaşlıq edirik. Eyni zamanda sifarişlə istəyə uyğun mebellər hazırlayırıq. Hədəfimiz sizin üçün hər zaman keyfiyyətimizi və çeşidliliyimizi qoruyaraq inkişaf etməkdir.
*Mülki Məcəllənin 492-ci maddəsinə əsasən, müqavilənin icra edilməməsində beh verən tərəf məhsuliyyət daşıyırsa icraçı tərəfindən beh geri qaytarılmır.